İDMAN


“Zirvə” komandası Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirin qalibi olub

Bakı, 27 dekabr, AZƏRTAC

AFFA-nın və UNICEF-in dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin idman sarayında keçirilən turnirin qalibi “Zirvə” komandası olub. “Birlik” ikinci, “Şimşək” komandası isə üçüncü yeri tutub.

Turnirin ən yaxşı oyunçusu Elşən Musayev (“Ümid”), ən yaxşı qapıçısı Süleyman Osmanlı (“Zirvə”) və ən məhsuldar futzalçısı isə Nurlan Fətullazadə (“Zirvə”) seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.