Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Zirvəyə yol: Olimpiya çempionu Radik İsayevin həyat və mübarizəsindən bəzi ştrixlər

Bakı, 22 avqust, Məmməd İsayev, AZƏRTAC

Olimpiya çempionu olmaq hər bir idmançının ən böyük arzusudur. Azərbaycan taekvondoçusu Radik İsayev bu zirvəyə 27 yaşında çatıb. Bu parlaq qələbəsi ilə Braziliyada Azərbaycan bayrağını yüksəyə qaldıraraq, himnimizi səsləndirərək milyonlarla idman həvəskarına və xalqımıza hədsiz sevinc bəxş edib.

Radik İsayev yəqin ki, həyatının ən unudulmaz günlərini yaşayır. Bəlkə də “Rio-2016”dək o qədər də tanınmayan idmançı bir gecədə məşhurlaşdı. Adını Azərbaycanın idman tarixinə yazdı. Prezident İlham Əliyev ona zəng edərək qələbə münasibətilə təbrik etdi. İdmançı üçün bundan böyük şərəf və xoşbəxtlik ola bilərmi?

Bu gün Radikin adı idman həvəskarlarının dilindən düşmür. Hamı onun həyat və mübarizə yolu ilə maraqlanır. Radik İsayevin Olimpiya Oyunları ərəfəsində AZƏRTAC-a verdiyi müsahibəyə nəzər salırıq. O inamla deyirdi ki, “Rio-2016” Olimpiadasının medalçıları sırasında yer alacağına iddialıdır. Həmin müsahibədən bir hissəni diqqətə çatdırırıq: “Ötən il ölkəmiz üçün çox uğurlu oldu. Yalnız taekvondo deyil, idmanın digər növləri üzrə də çoxlu qızıl medal qazandıq. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və bu mötəbər yarışda idmançılarımızın yüksək nəticələr qazanması hər kəsi sevindirdi. Taekvondo yarışlarında ölkəmizi yüksək səviyyədə təmsil etdik. Ancaq təbii ki, bunlarla kifayətlənmək olmaz. Bu il bizi daha çətin sınaqlar gözləyir. “Rio-2016” Yay Olimpiya Oyunlarına ciddi hazırlaşırıq. Yeganə məqsədimiz yüksək nəticələr qazanaraq xalqımızı sevindirməkdir. Bunun üçün çox çalışmaq və məqsədə doğru inamla addımlamaq lazımdır”.

Doğrudan da Radik İsayev bu məqsədə nail olaraq xalqımıza gözlədiyi sevinci yaşatdı. “Rio-2016”da yığma komandamıza yeganə qızıl medalı məhz o qazandırdı. Bu, həm də Azərbaycanın taekvondo tarixində ilk qızıl medal kimi xüsusi dəyərə malikdir.

Bu sevincli günlərdə Azərbaycanın taekvondo üzrə yığma komandasının böyük məşqçisi Elnur Amanovun da AZƏRTAC-a müsahibəsində dediyi sözlər yada düşür: “Taekvondo üzrə Azərbaycan yığması birinci Avropa Oyunlarında, sonuncu dünya və Avropa çempionatlarında, dünya kuboku yarışlarında uğurla çıxış edib. Çalışacağıq ki, Olimpiya Oyunlarında da medal qazanaq və nəticələrimizlə xalqımızı sevindirək”.

Məşqçinin də gözləntiləri özünü doğrultdu. “Rio-2016”ya ilk dəfə tam heyətlə qatılan taekvondo üzrə komandamız bir qızıl, iki bürünc medal qazanaraq özünəməxsus rekorda imza atdı. Yarışlarda 80 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu, “Bakı-2015”in qalibi Radik İsayev isə bütün rəqiblərini məğlub edərək Olimpiya çempionu oldu.

Olimpiya çempionunun həyatından da bəzi ştrixləri xatırlamaq yerinə düşər. Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində doğulan 27 yaşlı Radik Veleddin oğlu İsayev ailədə yeganə idmançı olub. Orta məktəbi Mahaçqalada bitirib, Moskva Dövlət Avtomobil və Yol Texniki Universitetinin məzunudur. Uşaq və yeniyetmə vaxtlarında idmana, xüsusilə, taekvondoya maraq göstərən Radik İsayev Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında daxil edilib. Gərgin məşq edən Radik İsayev qısa müddətdə milli komandamızın liderlərindən birinə çevrilib.

Valideynlər öz uşaqlarını pis vərdişlərdən uzaqlaşdırmaq üçün onlara adətən idmanla məşğul olmağı məsləhət görürlər. Balaca Radik bu məsələdə ata-anasını qabaqlayır. Daha çox futbol, müxtəlif döyüş növləri ilə məşğul olur, sonradan taekvondonu seçir. Dağıstanda güləş, cüdo daha populyardır. Ona görə də Radik İsayevin taekvondoya üstünlük verməsi orada təəccüblə qarşılanır. Buna baxmayaraq Radikin uğurları özünü çox gözlətmir. Dağıstan çempionatında üçüncü yeri tutaraq karyerasında ilk qələbə sevincini yaşayır.

Sonralar Rusiya çempionatında iki dəfə fəxri kürsüyə qalxan Radik İsayev 87 kiloqram çəki dərəcəsində 2010-cu ildə qızıl, bir il sonra isə gümüş medal qazanır. 2012-ci il London Olimpiadasına yollanacaq idmançıların geniş siyahısında adı olsa da, məşqçilər heyəti onu Böyük Britaniyaya aparmırlar. Layiq olduğu qiyməti almaması ona çox təsir edir. Bu hadisədən sonra Bakıdan aldığı dəvəti qəbul edərək Azərbaycan millisinin şərəfini qorumaq qərarına gəlir.

Komandamızın heyətində kifayət qədər uğurla çıxış etməyə başlayır. 2013-cü ildə Meksikada keçirilmiş dünya çempionatında bürünc, bir il sonra Bakıda keçirilmiş Avropa çempionatında qızıl medala layiq görülür.

Ümumiyyətlə, Radik beynəlxalq turnirlərdə keçirdiyi görüşlərin çoxunda qalib tərəf olub. Maraqlıdır ki, taekvondoçumuz iştirak etdiyi müxtəlif beynəlxalq turnirlərin bütün əyarlarda medallarını qazana bilib. Dünya və Avropa çempionatlarının, eləcə də bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır: 2014-cü ildə İranda “Fajr Cup” turnirində birinci, Niderlandda “Dutch Open”, Ukraynada “Ukraine Open” turnirlərində ikinci, eləcə də 2015-ci ildə “Moldova Open”də, həmin il “Qatar Open”də birinci, Misirdə “Luxor Open”də ikinci, 2015-ci ildə Cənubi Koreyada hərbçilərin VI dünya oyunlarında üçüncü, həmin il Meksikada komandalararası dünya kubokunda birinci yer. Nəhayət, Radik ötən il Rusiyada keçirilmiş dünya çempionatının qalibi olur. Radik İsayev Dünya Taekvondo Federasiyasının Olimpiya reytinqinə əsasən, “Rio-2016” ərəfəsində üçüncü pillədə qərarlaşır. Bu uğurlarına görə, Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə dəfə ilin “ən yaxşı idmançısı” nominasiyası üzrə ilk 10 idmançı sırasında yer alır və xüsusi mükafata layiq görülür.

Həyat Radiki hələ yeniyetmə yaşlarında sınağa çəkib. Dağıstanda yetərli maliyyələşmənin olmaması istedadlı idmançının taekvondadan uzaqlaşmağa məcbur edir. Səbəbi isə anasının ağır xəstəlik keçirməsi olur. Onun müalicəsinə çoxlu pul lazım olduğundan Radik məşqləri dayandırıb zavodda işləməyə başlayır. Həmin müəssisə bir müddətdən sonra bağlanır. Özünə başqa iş axtarmazdan əvvəl idmana yenidən qayıdıb şansını bir daha sınamaq qərarına gəlir. Bu addımı özünü doğruldur. O, gərgin zəhməti hesabına maddi vəziyyətini yaxşılaşdıraraq ailəsinin dayağına çevrilir, həm də peşəkar idmançı kimi yetişir və bir-birinin ardınca qələbələr qazanır.

Təsadüfü deyil ki, “Rio-2016”da qələbəni kimə həsr edirsən sualına R.İsayev belə cavab verib: “Birinci növbədə mərhum atama və ilk azarkeşim olan anama. Anam mənim ən əsas azarkeşimdir və medallarımı yığıb saxlayır. Mən hər dəfə yarışa çıxanda anam hamıdan çox həyəcanlanır. Bütün medallarımı və aldığım kubokları ayırdığı otağa yığır. Mənim əsas mükafatlarım anamın kolleksiyasına çevrilib”.

Boyunun hündür olması Radikin üstünlüyüdür. Taekvondo əsasən ayaqlarla döyüşün ön planda olduğu idman növüdür. Taktikasına gəlincə, daha çox başa dəqiq zərbələri ilə tanınır. Radik üçün hər döyüş fərdi xarakter daşıyır və hər dəfə dayanq üzərində vəziyyətə görə seçimini edir. Buna daha çox təmkinli döyüş taktikası adı vermək olar. Həmin taktika keçirdiyi bütün döyüşlərdə öz müsbət nəticəsini göstərir. İdmançı üçün möhkəm iradə və qələbə əzmi də mühüm əhəmiyyətə malikdir. Biz bunu Radik İsayevin “Rio-2016”da keçirdiyi görüşlərdə bir daha yəqin etdik. Hesabda geridə olmasına baxmayaraq özündə güc tapır, qələbəyə inamını itirmir və son saniyələrədək mübarizəni dayandırmırdı.

Radik məşqləri əsasən səhər və axşam edir. Günün əsas hissəsini fiziki, nəzəri hazırlığa sərf edir, istirahətə demək olar vaxtı qalmır. O, əsl idmançı kimi çalışmaqdan zövq alır, ustalığını günbəgün artırmağa çalışır. Çünki bilir ki, qələbə qazanmağın başqa yolu yoxdur. İdman onun peşəsidir, karyerası məşqlərdən asılıdır. Radik İsayev dürüst, dönməz, nəzakətli, məğrur və çalışqandır. Bir taekvondoçu kimi gücünü yalnız döyüş meydanında göstərən əsl qafqazlıdır.

O, son müsahibəsində uğur qazanmasının səbəblərinin birini döyüş vaxtı məşqçilərin tapşırıqlarını yerinə yetirməsi ilə izah edir. Sözsüz ki, onun uğurlarında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının məşqçilərinin rolu da az deyil. İnanırıq ki, Olimpiya çempionumuz fəth etdiyi zirvə ilə kifayətlənməyəcək, yeni-yeni qələbələrə imza atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib