İQTİSADİYYAT


Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

A+ A

Bakı, 22 oktyabr, Elvin Camalov, AZƏRTAC

Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçələrinin kəsişməsində görülmüş işlərin davamı olaraq yolda hərəkətin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu gün “Azəravtoyol” ASC tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirildiyi üçün nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.