İQTİSADİYYAT
Ziya Bünyadov prospektindəki yerüstü piyada keçidləri təmir edilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı şəhərinin Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri “Azəravtoyol” ASC tərəfindən təmir edilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb.
Ətrafda yaşayan sakinlərin və mütəmadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşların pilləkən hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı müraciətləri əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.
Bundan başqa, təmir işləri zamanı yerüstü piyada keçidlərinin tavanında müəyyən səbəblər üzündən dağılan xüsusi plastik üzlüklər də yeniləri ilə əvəzlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]