SİYASƏT


Ziyafət Əsgərov: “Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır”

Tbilisi, 28 may, AZƏRTAC

Tbilisidə NATO PA-nın yaz sessiyasında Azərbaycanın bu qurumdakı nümayəndə heyəti də iştirak edir.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində deyib ki, sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və təhlükəsizlik, Elm və texnologiyalar, İqtisadiyyat və təhlükəsizlik komitələrinin iclasları keçirilib. Bu iclaslarda Suriyada və İraqda müharibənin humanitar aspektləri, Sosial Media İnqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, İqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinin üzvləri bu iclaslarda çıxış edir, müzakirə olunan məsələlərə münasibət bildirirlər: “Biz çalışırıq ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, bununla belə üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandıraq. Müzakirələr zamanı biz, Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdə NATO üçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar veririk. Bəzi hallarda biz, Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik. Bununla belə biz, mübarizəmizi davam etdiririk”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.