İDMAN


Zlatan İbrahimoviç Joze Maurinyonun məşqçilər korpusunda yer ala bilər

A+ A

Bakı, 24 dekabr, AZƏRTAC 

İngiltərənin “Mançester Yunayted” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç Joze Maurunyonun məşqçilər korpusunda karyerasını davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi 35 yaşlı futbolçunu kollektivdə saxlamaq üçün belə bir təklif edib. İbrahimoviç isə dəfələrlə gələcək karyerasında özünü baş məşqçi qismində gördüyünü deyib.

Cari ilin yayından “Mançester Yunayted”də forma geyinən isveçli forvard komandanın heyətində 25 oyuna 16 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.