İDMAN


Zlatan İbrahimoviç məşqçiyə məhkəmə prosesində qalib gəlib

Bakı, 9 yanvar, AZƏRTAC 

İsveçin Vermland dairə məhkəməsi ölkənin atletika yığmasının sabiq məşqçisi Ulf Karlssonu İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Zlatan İbrahimoviçə böhtan atmaqda günahkar sayıb.

AZƏRTAC xəbər verir ki, bunun üçün mütəxəssis oyunçuya 24 min İsveç kronu (2650 dollar) ödəməli olacaq. Məhkəmə belə qənaətə gəlib ki, Karlsson İbrahimoviçi dopinqdən istifadədə birbaşa ittiham etməyib. Lakin onun müəyyən kontekstdə açıqlamaları böhtan sayıla bilər.

Qeyd edək ki, ötən il aprelin 7-də Ulf Karlsson 35 yaşlı hücumçunun İtaliyanın “Yuventus” klubunda çıxış etdiyi vaxt (2004-2006-cı illər) qısa müddətdə əzələ kütləsini 10 kiloqram artırdığını açıqlayıb. Bu isə Karlssonun fikrincə, qadağan olunmuş preparatlarsız mümkün deyil.

2016-cı ilin yayından “Mançester Yunayted”də çıxış edən isveçli forvard 25 oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.