İDMAN


Zlatan İbrahimoviçin “Mançester Yunayted”ə keçidi rəsmiləşib VİDEO

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

İsveç yığması və Fransanın PSJ futbol klubu ilə bu mövsüm yollarını ayıran Zlatan İbrahimoviç artıq İngiltərə nəhənginin formasını geyinəcək.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Mançester Yunayted” klubu 35 yaşlı isveçli futbolçu ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

Hələ ki, İngiltərə klubu ilə birillik müqaviləyə qol çəkən İbrahimoviç yenidən Joze Mourinyonun rəhbərliyi altında çıxış edəcək. Onlar İtaliyanın “İnter” komandasında da birgə olub, ölkə çempionluğunu qazanıblar. İbrahimoviç 180 oyunda 156 qol vurduğu Fransanın PSJ klubundan mövsüm bitəndən sonra gedib. Zlatan dörd ölkədə - Fransa ilə yanaşı, Hollandiyada “Ayaks”la, İtaliyada “Yuventus”, “İnter” və “Milan”la, İspaniyada “Barselona” ilə çempion olub.

Təcrübəli forvard 116 oyunda 62 dəfə fərqləndiyi millidə çıxışını “Avro-2016”dan sonra bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.