SİYASƏT


Zlatko Laqumdciya: Cənub Qaz Dəhlizi XXI əsrin layihəsidir VİDEO

Bakı, 18 mart, AZƏRTAC 

Cənub Qaz Dəhlizi XXI əsrin layihəsidir. Bu qaz kəməri ilə Azərbaycanın təbii ehtiyatları Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Avropaya daşınacaq. Beləliklə, layihə inkişaf, müdriklik, əlaqələndirmə abidəsi olaraq qalacaq. Bu, eyni zamanda, Azərbaycanın sahib olduğu multikulturalizm, tolerantlıq dəyərlərinin dünyada yayılması deməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciya səsləndirib.

Qlobal Bakı Forumunun əhəmiyyətinin ildən-ilə daha da artdığını deyən Zlatko Laqumdciya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünyanın üzləşdiyi problemlərlə bağlı bir çox şəhərlərdə tədbirlərin keçirildiyini diqqətə çatdırıb: “Biz artıq Bakı Forumunun inkişafının şahidi oluruq. Bakı artıq siyasi, iqtisadi baxımdan Davos Forumuna çevrilir”.

Hər iki xalqın bənzər faciələr yaşadığını söyləyən Zlatko Laqumdciya Sarayevoda Azərbaycan-Bosniya və Herseqovina dostluq parkında Srebrenitsa və Xocalı faciələrini əks etdirən abidə kompleksinin yaradıldığını qeyd edərək, bu faciələrlə bağlı həqiqətlərin dünyaya çatdırılmasının vacibliyinə toxunub.

Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Zlatko Laqumdciya iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.