REGİONLAR


Zona seçim turunda Balakən, Şəki və Qaxın gənc intellektualları yarışların final mərhələsinə vəsiqə qazanıblar VİDEO

A+ A

Şəki, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

“İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Azərbaycanın intellektual birincisi” layihəsi çərçivəsində regionlar üzrə növbəti seçim turu noyabrın 27-də Şəki şəhərində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən zona yarışında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının gənc intellektualları iştirak ediblər.

Açılış mərasimində Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov çıxış edərək gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasında belə intellektual oyunların əhəmiyyətini vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Layihə barədə məlumat verən “İrəli” İB sədrinin müşaviri Orxan Rüstəmov bildirib ki, gənclərin maraq göstərdiyi sahələrlə bağlı layihələrin həyata keçirilməsi ölkə gəncliyinin ictimai fəallığını artırmağa kömək edən təsirli metodlardan hesab olunur. Qeyd olunub ki, “İrəli” İB gənclərin intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi məqsədilə ölkə daxilində mütəmadi olaraq keçirilən bir neçə yarışın bazasında vahid turnir təşkil etməyi qərara alıb. “Azərbaycanın intellektual birincisi” layihəsi də məhz bu məqsədə xidmət edir.

Açılış mərasimindən sonra iştirakçılar “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap” və “Vətəni tanı” oyunları üzrə keçirilən yarışlarda bilik və bacarıqlarını nümayiş etdiriblər.

Regional seçim turunda “Xəmsə” və “Vətəni tanı” intellektual oyunlarında Balakən, “Axtar-tap” intellektual oyununda Şəki, “Nə? Harada? Nə zaman?” intellektual oyununda isə Qax rayonunun gəncləri qalib gələrək yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.