ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunda aptek zəlisinin yetişdirilməsi istiqamətində təcrübələr aparılır

Bakı, 17 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda ötən ildən başlayaraq tibb və ya aptek zəlisinin (Hirudo medicinalis officinalis) yetişdirilməsi istiqamətində təcrübələr aparılır.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin Mingəçevirdəki elmi-təcrübə laboratoriyasında saxlanılan zəlilər barama verir. Laboratoriyanın ərazisində zəliləri təbii şəraitdə saxlamaq üçün xüsusi hovuzlar yaradılıb. Hovuzlara vaxtaşırı su vurulur və qamışlar seyrəkləşdirilir. Aprel ayında hovuzlara üzərinə mamır döşənmiş üzən substratlar da buraxılıb. Hovuzlardan əldə olunan baramalar laboratoriyada xüsusi şəraitdə saxlanılır. Artıq baramalardan körpə zəlilər çıxıb. Laboratoriyada bu istiqamətdə tədqiqatlar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.