ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşı T.Qurbanova Böyük Britaniyanın Moredun Tədqiqat İnstitutu tərəfindən təşkil olunmuş “Ferma heyvanlarında apikomplekslər” mövzusunda beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda gənc alimin “Azərbaycanın müxtəlif ekosistemlərində mal-qara və gəmiricilər arasında Cryptosporidium infeksiyasının dövriyyəsi” mövzusunda məruzəsi dinlənilib. T.Qurbanova konfrans çərçivəsində Eukariot Patogenlərin Məlumat Bazası Resursları Mərkəzinin elmi seminarlarında da iştirak edib.