ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun əməkdaşları “Ümid yeri” sığınacaq evində

Bakı, 9 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşları Bakının Xəzər rayonundakı Binə qəsəbəsində yerləşən “Ümid yeri” sığınacaq evində kimsəsiz, ailə üzvlərini itirmiş 3-18 yaşlı uşaqlar üçün “Uşaqların ümid yeri” adlı tədbir təşkil ediblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə uşaqlar arasında müxtəlif oyunlar, bilik və idman yarışları keçirilib. Bilik və bacarıqlarını nümayiş etdirən uşaqlar mükafatlandırılıblar. Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə uşaqları sevindiriblər.

Tədbir kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.