ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun təcrübə sahəsində ilk dəfə  kənd təsərrüfatı məhsulları yetişdirilib

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində ilk dəfə yetişdirilən kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. İnstitutun bir qrup əməkdaşı məhsul yığımında yaxından iştirak edirlər.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, toplanan kartof, sarımsaq, qarğıdalı, qarpız kimi kənd təsərrüfatı məhsulları artıq bu elm müəssisəsinin bütün əməkdaşlarına paylanılıb. Hər əməkdaşa 20 kiloqrama yaxın kartof, 1 kiloqram sarımsaq və digər kənd təsərrüfatı məhsulları verilib. Məhsul yığımı hələ də davam edir.

Qeyd edək ki, institutun əməkdaşlarına bal və digər kənd təsərrüfatı məhsulları da paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.