ELM VƏ TƏHSİL


Zooloqlar Abşeronda ağcaqanadların öyrənilməsi ilə bağlı tədqiqatlar aparıblar

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun parazitologiya laboratoriyasının əməkdaşları “Abşeron və Xəzərin Şimal-Şərq sahillərində qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi və bioloji mübarizədə onlardan istifadə edilməsi” işi üzrə Abşeron rayonu ərazisində ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatlar Zabrat-Maştağa, Kürdaxanı-Bilgəh, Pirşağı-Fatmayi, Zabrat–Kürdəxanı kəndləri ərazisində yerləşən daimi su hövzələrində aparılıb. Həmin ərazilər tam tədqiq edilib və ağcaqanad sürfələri 20-25 santimetr dərinlikdən xüsusi alətlə tutularaq ayrı-ayrı qablara yerləşdirilib. Ekspedisiya zamanı toplanan bütün materiallar laboratoriyaya gətirilib.

Tədqiqatlar laboratoriyada davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.