ELM VƏ TƏHSİL


Zooloqlar Ağsuda kartof və sarımsağın zərərvericilərini tədqiq ediblər

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun bir qrup alimi Ağsu Rayon Təcrübə-Dayaq Məntəqəsində ekspedisiyada olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, mütəxəssislər təcrübə-dayaq məntəqəsində əkilən kartof və sarımsağın zərərvericilərini tədqiq ediblər. Toplanan zərərvericilər analiz üçün laboratoriyalara gətirilib. Ekspedisiya zamanı məntəqənin işçilərinə uniformalar paylanılıb.

Ərazidən toplanacaq kartof və sarımsaq institutun əməkdaşlarına paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.