DÜNYA


Zukerberq Maskın bəyanatlarına qarşı çıxıb

Bakı, 29 iyul, AZƏRTAC

Amerikalı milyarder və “SpaceX” şirkətinin banisi İlon Mask əmindir ki, süni intellekt texnologiyalarının çox sürətli inkişafı gec-tez bəşəriyyətin iflasına gətirib çıxaracaq. “Facebook”un yaradıcısı Mark Zukerberq isə onunla razı deyil və bu kimi çıxışları məsuliyyətsizlik hesab edir.

AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, İ.Maskın dünyanın sonu ilə bağlı bəyanatları haqqında M.Zukerberqin fikrini öyrəniblər. “Facebook”un banisi süni intellektin inkişafı ilə bağlı nikbin proqnozlar verib. O hesab edir ki, “silisium beyin” bəşəriyyətə yalnız xeyir gətirəcək. Lakin İ.Mask bu kimi bəyanatlar edərək cəmiyyətdə cahilliyi artırır.

Qeyd etmək lazımdır ki, mətbuatda ənənəvi olaraq “süni intellekt” adlandırılan alqoritmlər neyron şəbəkələri əsasında ixtisaslaşdırılmış həllərdir. İnsan beyninin prinsiplərinin köçürülməsini nəzərdə tutan alqoritmlər xəyalpərəstlərin təsvir etdiyi “süni intellekt” anlayışından hələ çox uzaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.