İQTİSADİYYAT


''Qərbi Abşeron'' yatağında daha bir horizontal quyu istismara verilib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 27 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 761-678 metr intervaldan sutkalıq 17 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.