Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İSVEÇ KRALLIĞININ SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 7-də Prezident sarayında İsveç Krallığının Türkiyədə və ölkəmizdə akkreditə olunmuş səfiri Henrik Lilyeqreni qəbul etmişdir.

Dövlətimizin başçısı  Heydər Əliyev  İsveç diplomatiını səmimiyyətlə salamlayaraq dedi:

- Hörmətli səfir!

Hörmətli səfirin xanımı!

Hörmətli konsul!

Mən belə başa düşdüm ki, siz missiyanızı başa çatdırmısınız və öz vəzifənizi tərk edirsiniz. Mən bununla əlaqədar deyə bilərəm ki, bizim ölkələrimiz arasındakı münasibətlər indi o qədər geniş olmasa da, hər halda yaxşıdır və inkişaf etmək meylləri var. Amma təbiidir ki, sizin ölkə çox inkişaf etmiş ölkədir, böyük texnikaya, texnologiyaya malikdir və böyük maliyyə imkanlarına malikdir. Azərbaycan ilə əməkdaşlıqda, Azərbaycana investisiya gətirilməsi istiqamətində biz yaxşı əməkdaşlıq edə bilərik.

Mən sizinlə ilk görüşümü xatırlayıram.  Deyəsən, sonra bir dəfə də görüşmüşdürk. İndi artıq siz gedirsiniz. Ona görə də sizə təşəkkür edirəm ki, bu illərdə İsveçin Azərbaycanda səfiri kimi İsveç-Azərbaycan əlaqələrinin inkişaf etməsində öz xidmətlərinizi göstərmisiniz. Çox sağ olun, təşəkkür edirəm.

Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən səfir Henrik   Lilyeqren dedi:

Cənab Prezident, çox sağ olun ki, məni, xanımımı, eləcə də İsveçin Bakıdakı konsulunu bu gün qəbul edirsiniz. Yəqin sifətlərimizdən görə bilərsiniz ki, biz sizin ölkəni tərk etdiyimizə görə bir qədər məyus olmuşuq. 

Cənab Prezident, hər şeydən əvvəl istərdim ki, ölkəmizin kralı XV1Karl Qustavın salamlarını Sizə yetirim. O, Sizə davamlı uğurlar, möhkəm səhhət arzulayır. Eyni zamanda arzulayır ki, ölkənizə sülh gəlsin.  Ölkəmizin xarici işlər naziri xanım Anna Linddən də Sizə salam yetirirəm. O, Avropa Birliyinə sədrlik etdiyi vaxt Azərbaycana səfərini çox yaxşı xatırlayır və Bakı haqqında  gözəl, xoş təəssüratları vardır.

Xarici işlər naziri xanım Lind Sizinlə olan söhbəti də böyük məmnuniyyətlə xatırlayır. Bu, ounun yaddaşında çox maraqlı söhbət kimi qalıbdır. O, həmçinin bizə tövsiyə etmişdir ki, bu regionda Azərbaycanla əlaqələri daha da genişləndirək. 

İsveç Azərbaycanı mühüm ölkə kimi tanıyır, Azərbaycana böyük əhəmiyyət verir. Ona görə də Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyir və Azərbaycanın burada fəal iştirak etməsini arzulayır.

Cənab Prezident, biz çox şad olduq ki, Siz də bu fikirdəsiniz, İsveçlə Azərbaycan arasındakı münasibətlər yaxşı səmtdədir və bu əlaqələri daha da inkişaf etdirmək olar. Əlbəttə, biz, İsveç tərəfi Azərbaycana qoyulacaq sərmayələri daha da artırmaq istəyirik. Yəqin ki, bir qədər sonra, mətbuat nümayəndələri otağı tərk etdikdən sonra biz bu barədə daha geniş söhbət apara bilərik.

Cənab Prezident, istərdim Sizə şəxsi minnətdarlığımı bildirim. Siz böyük dövlət xadimisiniz. Mənim üçün çox xoş idi ki, Sizin idarə eidiyiniz ölkəyə səfir təyin olunmuşdum. Böyük məmnuniyyətlə Sizin  fəaliyyətinizi izləyirdim və görürdüm ki, Siz burada sülhü və sabitliyi möhkəmləndirmək üçün əlinizdən gələni edirsiniz. Eyni zamanda Azərbaycan hökumətinin demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı istigamətindəki işlərini  böyük məmnuniyyətlə qarşılayırıg. Bir qədər sonra mətbuat nümayəndələri buranı tərk edəcəklər və biz daha sərbəst söhbət edəcəyik.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.  Azərbaycanın Avropa Şurasına daxil olması prosesində sizin ölkənin dəstəyini mən yüksək qiymətləndirirəm. Hesab edirəm ki, biz Avropa Şurasında bundan sonra çox yaxşı əməkdaşlıq edə bilərik.

XV1 Karl Qustavın mənə göndərdiyi salama görə təşəkkür edirəm. Xahiş edirəm, mənim də salamlarımı, ən xoş arzularımı Karl Qustava çatdırasınız.

Həqiqətən siz düz xatırlayırsınız.  Sizin ölkənin xarici işlər nazirinin Avropa Birliyində sədrliyi zamanı Azərbaycana səfəri çox uğurlu olmuşdur. Bizim çox maraqlı söhbətlərimiz olmuşdur. Ğüman edirəm ki, bundan sonra da Azərbaycanın Avropa Bitrliyi iləəməkdaşlığında İsveç həmişə Azərbaycana dəstək göstərəcəkdir.

Mən sizə bir də təşəkkür edirəm. Gələcək işlərinizdə uğurlar arzulayırams. Bizim ölkənin qapısı sizin üçün açıqdır. İstədiyiniz vaxt Azərbaycana gələ bilərsiniz vəsiz burada Azərbaycanın hörmətli qonağı kimi  qəbul olunacaqsınız. Sizə və xanımınıza təşəkkür edirəm, bir daha işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

Qəbulda Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, İsveçin Bakıdakı konsulu Ərdal Otuzbir iştirak edirdilər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib