RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Dünya xalqlarının və dövlətlərinin çox nadir hallarda və çətinliklə həyata keçirə bildikləri əlifba dəyişikliyini ölkənizdə gerçəkləşdirmək sahəsində göstərdiyiniz qətiyyətli və atdığınız addımı sayğı və təqdir ilə qarşılayırıq. Bu dəyişikliyin ölkənizdə bərqərar olması, məcrasına düşməsi və məqsədinə çatması müvafiq nazirliyinizin səylə çalışması sayəsində mümkün olacaqdır.
Əlifba dəyişikliyinin dost və qardaş Azərbaycanın mədəniyyət və müasirlik yolunda daha sürətlə irəliləməsinə, türk dövlətlərinin mədəniyyətcə yaxınlaşmasına mühüm kömək göstərəcəyinə əsla şübhəmiz yoxdur.
Əlifba dəyişikliyinin ölkənizdə bərqərar olması, xalq tərəfindən mənimsənərək tətbiq edilməsi üçün görəcəyiniz işlərdə Sizə uğurlar diləyir, ən dərin ehtiramımızı bildiririk.
Türkiyənin Atatürk Vəqfinin
İdarə Heyəti adından sədr
Osman Şəntürk
İstanbul, 3 avqust 2001-ci il