İDMAN


 Gələn il Formula-1 Avropa Qran-prisi iyunun 16-18-də keçirilə bilər

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC                                                                                                      

Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC “f-1.az” saytına istinadla xəbər verir ki, iclasda Formula-1 yarışlarının gələnilki mövsümünün təqviminin ilkin variantı təsdiq olunub. Bu il olduğu kimi, gələn il də təqvimdə 21 Qran-pri yer alıb. Amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ tam təsdiq edilməyib.

Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə yenisi arasında bəzi dəyişikliklər var. Çin Qran-prisi mövsümün ilk yarışından bir həftə deyil, iki həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran-prilərinin də vaxtları dəyişib. Meksika Qran-prisi isə bu dəfə Braziliya Qran-prisi ilə qoşalaşıb.

Bakıda keçiriləcək Avropa Qran-prisi yenə də Kanadadakı yarışdan bir həftə sonraya nəzərdə tutulub. Həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək.

Yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq.

               

Tarix

Qran Pri

Şəhər, tras

24-26 mart

Avstraliya

Melburn, Albert Park

7-9 aprel

Çin

Şanxay

14-16 aprel

Bəhreyn

Saxir

28-30 aprel

Rusiya

Soçi

12-14 may

İspaniya

Barselona, Katalunya

25-28 may

Monako

Monte Karlo

9-11 iyun

Kanada

Monreal, Jil Vilnöv adına tras

16-18 iyun

Avropa

Bakı, Bakı Şəhər Halqası

30 iyun-2 iyul

Avstriya

Şpilberq, Red Bull Rinq

7-9 iyul

Böyük Britaniya

Silverstoun

21-23 iyul

Macarıstan

Budapeşt, Hunqarorinq

28-30 iyul

Almaniya

Hokkenhaym, Hokkenhaymrinq

25-27 avqust

Belçika

Spa

1-3 sentyabr

İtaliya

Montsa

15-17 sentyabr

Malayziya

Kuala Lumpur, Sepanq

29 sentyabr-1 oktyabr

Sinqapur

Sinqapur, Marina Bey

6-8 oktyabr

Yaponiya

Suzuka

20-22 oktyabr

ABŞ

Ostin

3-5 noyabr

Meksika

Mexiko, Rodriges qardaşları adına tras

10-12 noyabr

Braziliya

San Paulu, İnterlaqos

24-26 noyabr

Əbu Dabi

Əbu Dabi, Yas Marina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.