REGİONLAR
“Sumqayıt–65: Gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa”
Sumqayıt, 24 noyabr, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Sumqayıt-65: Gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Sumqayıta şəhər statusu verilməsinin 65-ci ildönümünə həsr olunub.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Sumqayıtın 65 illik tarixindən bəhs edən film nümayiş etdirilib.
Şəhər icra hakimiyyəti başçısının müavini Elgün Həbibullayev çıxış edərək bu əlamətdar tarixin gənclər tərəfindən geniş qeyd olunmasının əhəmiyyətini vurğulayıb.
Sumqayıt Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elmar Xəlilov, icra hakimiyyətinin məsul işçisi Fərman Kazımov, baş idarənin sektor müdiri Rüstəm Sadıqzadə və Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı çıxışlarında 65 il ərzində şəhərdə müxtəlif sahələrdə görülmüş işlərdən danışıblar. Çıxışlarda ümummilli lider Heydər Əliyevin Sumqayıta göstərdiyi diqqət və qayğının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində şəhərin yeni inkişaf mərhələsini yaşadığı vurğulanıb.