Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Samsung” yeni “Galaxy S23” Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi

®  “Samsung” yeni “Galaxy S23” Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi

“Galaxy S23 Ultra”nın ən qabaqcıl kamerası, təkmilləşdirilmiş oyun təcrübəsi və daha ekoyönlü dizaynı “Samsung”un ən innovativ Galaxy S seriyasında

Bu gün “Samsung Electronics Galaxy S23 Ultra”, “Galaxy S23+” və “Galaxy S23”ü təqdim etməklə “Samsung Galaxy” premium təcrübəsinin yeni dövrünə qədəm qoydu. “Samsung Galaxy”nin epik kamerası süni intellekt ilə çalışaraq kino səviyyəli gecə çəkilişi videolarında olduğu kimi istifadəçilərə yaradıcı azadlıqlarını ifadə etməyə daha geniş fürsətlər verir. “Galaxy”nin “Snapdragon 8 Gen 2” mobil platforması inanılmaz süni intellekt, gələcəyə hesablanmış güclü və dünyanın ən sürətli mobil qrafikası ilə premium təcrübəyə yol açır. Məhsuldarlığı, qeyd aparmaq imkanı, sevimli məşğuliyyətlərə və digər işlərə şərait yaratdığına görə “Samsung Galaxy” istifadəçilərinin çoxdan öyrəşdiyi və sevdiyi “Galaxy S23 Ultra”nın “S Pen”i də yenilənib.

“Galaxy S23” Seriyasının yeni standart olaraq qəbul edilən innovasiyaları heyranedici dizaynı ilə bərabər şirkətin davamlılıq öhdəliklərinin nəticəsi kimi ərsəyə gələrək istənilən digər “Samsung Galaxy” smartfonu ilə müqayisədə daha çox komponenti təkrar emal materiallarından ibarətdir.

“Samsung Electronics”in Mobil Təcrübə Biznesi üzrə rəhbəri TM Roh belə deyir: “Təsirli texnologiyanın dəyəri təkcə insanlar üçün bu gün açdığı imkanlarla deyil, eyni zamanda, daha yaxşı gələcəyə verdiyi töhfəsi ilə ölçülür. Bütün “Galaxy S23” Seriyası etibarlı premium smartfon təcrübəsi üzrə yeni standartdır. Məqsədimiz güclü və uzunömürlü innovasiyalar və davamlılığı bir yerə gətirərək performansın zirvəsini yenidən müəyyən etməkdir”.

“Samsung Galaxy”nin daha çox meqapikselli və aşırı yaradıcı imkanları ilə seçilən kamerası

“Galaxy S23 Ultra” istənilən səviyyəli fotoqrafa fenomenal nəticə göstərməkdə kömək edir. “Samsung Galaxy”nin ən qabaqcıl kamera sistemi, demək olar hər cür işıqlandırmada inanılmaz detalları üzə çıxarmaq üçün hazırlanıb. Təkmilləşdirilmiş Gecə Rejim çəkilişi “Galaxy S” Seriyasının foto və videoları istənilən mühitdə optimallaşdırma imkanlarını dəyişir. İstər konsertdə sevimli müğənnini çəkmək olsun, istərsə də akvarium qarşısında selfi yaratmaq yaxud nahar masasında dostlarınızın qrup fotosunu hazırlamaq olsun - istifadəçi hər zaman daha dəqiq və kəskin şəkil və videolar əldə edəcək. Zəif işıqlı şəkilləri korlayan visual küy bütün siqnalları emal edən süni intellekt hesabına aradan qaldırılır və obyektlərin detalları və rəng tonları zənginləşdirilir.

“Galaxy S23” “Ultra Samsung Galaxy”də ilk dəfə olaraq tətbiq edilən həyati anlarınızı inanılmaz dəqiqliklə donduran 200MP Adaptiv Piksel sensoru ilə fəxr edir. Eyni zamanda, bütün səviyyələrdə yüksək keyfiyyəti təmin etməkdən ötrü pikselləri birləşdirmə yaxud toplama üsulundan istifadə edilir. Bugünkü kommunikasiyamızda selfi kameraları daha önəmli olduğuna görə “Galaxy S23” Seriyası daha yaxşı ön foto və videoları üçün sürətli avtofokus və 30fps-dən 60-fps-ə qədər yüksəlməklə ilk Super HDR kamerasını təqdim edir. Maksimum yaradıcı imkanlar və idarəetmə gözləyən istifadəçilər üçün “Galaxy S23” seriyası istənilən foto təcrübəsini fərqləndirə biləcək xüsusi alətlər dəsti təqdim edir. “Samsung Galaxy”nin eksklüziv “Expert RAW” tətbiqi heç bir yöndəmsiz avadanlığa ehtiyac qalmadan DSLR foto çəkmək və RAW və JPEG formatlarında emal etmək imkanı yaradır. Astrophoto ayarları ilə istifadəçilər müxtəlif foto təcrübəsi apara yaxud Saman Yolu qalaktikasının aydın görünüşünü əldə edə bilər. “Galaxy S23”ə yüklənəndən sonra “Expert RAW”a “Samsung”un özünün kamera tətbiqi ilə də daxil olmaq mümkündür.

Kameranın əlavə üstünlükləri aşağıdakı kimidir:

• Zəif işıqlı yaxud alatoran yaradacaq durumlarda “Galaxy S23 Ultra”nın ikiqat optik şəkil sabitləşdiricisi (OIS) hesabına videolar bütün istiqamətlərdə daha sabit bucaqdan götürülür;

• Saniyədə 30 kadr zənginləşdirilmiş 8K keyfiyyətli geniş bucaqlı videoçəkiliş daha çox kinonu xatırladır;

• Obyekt əsaslı qabaqcıl süni intellekt kadrda saç və göz kimi elementlər də daxil olmaqla hər bir detalı ayrıca incələyərək insanın dinamik xüsusiyyətlərini daha dəqiq əks etdirir;

• “Galaxy Buds2 Pro”nun 360 audioyazma özəlliyi çoxölçülü səs yaradaraq daha zəngin video təcrübəsi yaşadır.

“Galaxy S23+” və “Galaxy S23”ün “Samsung Galaxy” kamerası da fərqli görünür. Konturların aradan qaldırılması bütün Galaxy seriyasını əsaslı şəkildə fərqləndirir.

Premium performans mobil oyunların gələcəyini təyin edir

Yaradıcılar və oyunçular

Həm yaradıcılar, həm də oyunçuların məhdudiyyətləri aşmaq və imkanları daim yenidən təsəvvür etmək istəyi gözləntiləri üstələyən texnologiya tələb edir. “Samsung Qualcomm” ilə birlikdə “Samsung Galaxy” təcrübəsini “Samsung Galaxy” smartfonlarının bu vaxtadək ən güclü və səmərəli platforması olan Snapdragon 8 Gen 2 mobil platforması və ən sürətli Snapdragon ilə optimallaşdırıb. Bu arada, “Galaxy S23 Ultra”nın 5 min mAh batareyası cihazın ölçüsünü artırmadan “Galaxy S22 Ultra”dan daha böyük bir kameranı dəstəkləyir. Yeni CPU mikro arxitekturası “Galaxy S22” seriyası ilə müqayisədə “Galaxy S23”ün emal qabiliyyətini 30 faizədək artırır. Zəif işıqda heyrətamiz fotoların çəkilməsi saniyədə trilyonlarla hesablama tələb edir, beləliklə, “Samsung Galaxy”nin yüksək səmərəli NPU arxitekturası istifadəçilərin epik foto və videolar çəkməsindən ötrü süni intellekt alqoritmindən istifadə edərkən performans və gücü tarazlaşdırmaq məqsədilə 49 faiz optimallaşdırılıb. “Galaxy S23” seriyasının ən əhəmiyyətli təkmilləşdirmələrindən biri optimallaşdırılmış GPU-dur ki, bu da “Galaxy S22” seriyası ilə müqayisədə təxminən 41 faiz daha sürət deməkdir və xüsusilə ağır proseslər üçün nəzərdə tutulub.

Mobil oyun axınına (meynstrim) gəldikdə maksimal rəqəmsal realizmin gələcəyini düşünərək, “Galaxy S23 Ultra” real vaxt rejimində şüa izləməni dəstəkləməyə hazırdır. Hər bir işıq şüasını simulyasiya edən və izləyən texnologiya sayəsində istifadəçilər səhnələrin nəzərəçarpacaq dərəcədə daha canlı təsvirlərini görə biləcəklər. Üstəlik, “Samsung Galaxy”nin buxar kamerası indi “Galaxy S23” seriyasında daha böyükdür və oyun marafonunuzu durmadan davam etdirməyə imkan verir.

Bütün bu güc “Samsung Galaxy” smartfonunda ən yaxşı vizual təcrübə ötürmək məqsədilə daha böyük və daha düz səth yaratmaqdan ötrü “Galaxy S23 Ultra”nın geniş və daha hamar 6,8 düymlük displeyini dəstəkləyir. “Samsung Galaxy”nin unikal təkmilləşdirilmiş rahatlığı istifadəçilərə rəng tonlarını və kontrastı tənzimləməyə imkan verir, gecə saatlarında ekranın göz yormasını azaldır. Görmə gücləndiricisi indi gündüz işığında parlaqlıq və parıltıya qarşı iki deyil, üç işıqlandırma səviyyəsində tənzimlənir.

Planeti düşünərək hazırlanıb

“Galaxy S23” seriyası insanların həyatını zənginləşdirmək və daha sağlam planetə töhfə vermək niyyəti ilə yüksək texnologiyaya qoyulan tələbləri bir qədər də yüksəldir. “Galaxy S22” seriyasından bəri “Samsung Galaxy” təkrar emal materiallarından istifadəni “Galaxy S22 Ultra”da 6 daxili komponentdən “Galaxy S23 Ultra”da 12 daxili və xarici komponentə qədər artırıb. Həmçinin “Galaxy S23” seriyasında digər Galaxy smartfonu ilə müqayisədə daha geniş çeşiddə təkrar emal materiallarından istifadə edilib. Bura ikiqat təkrar emal edilən alüminium və şüşə, eyni zamanda atılmış balıq torları, PET butulkalar və su çəlləklərindən əldə edilən plastik daxildir. Yeni S seriyasında ilk dəfə olaraq uzun müddətli istifadə üçün nəzərdə tutulan və tərkibində 22 faiz ikiqat təkrar emal materialı olan Corning® Gorilla® Glass Victus® 2 şüşəsi quraşdırılıb. Üstəlik hər bir “Galaxy S23” 100 faiz təkrar emal kağızından hazırlanan yenilənmiş qutuya qoyulur. “Galaxy S23” seriyasında “Samsung Galaxy” keyfiyyət və estetikadan vaz keçmədən ətraf mühitə təsiri minimuma endirmək üçün daha çox işlər görür. “Galaxy S23” seriyası ətraf mühitə təsirin azaldılması üzrə UL ECOLOGO® sertifikatına layiq görülüb.

Cihazının ömrünü uzatmaq istəyən istifadəçilər üçün “Galaxy S23” seriyasının premium təcrübəsi dörd nəsil OS yeniləmələri və beş illik təhlükəsizlik yeniləmələri ilə illər ərzində davam etdirilə bilər. Onun uzunömürlülüyünü artırmaq üçün istifadəçilər təsadüfi zədələr, təmir və sair üçün dəstək xidməti olan “Samsung Care+” kimi proqramlardan da faydalana bilər.

İstifadəçi yönlü təhlükəsizlik və məxfilik güzəştsiz şəffaf təcrübəyə yol açır

Təhlükəsiz və şəxsi təcrübələr “Galaxy S23” seriyasının əsasını təşkil edir. Hər bir smartfon bazardakı digər mobil cihaz, platforma və ya həllərdən daha çox hökumət və sənaye sertifikatları almış “Samsung”un başdan-başa “Samsung Knox” mühafizəsi ilə gəlir. “Samsung Galaxy”dəki Təhlükəsizlik və Məxfilik Paneli istifadəçilərə onların məlumatlarına kimin çıxışı olduğunu və onlardan necə istifadə edildiyini tam görmək imkanı verir. Bircə baxışla şəxsi məlumatların risk altında olub-olmadığını görmək və daha təhlükəsiz təcrübə məqsədilə parametrləri dəyişdirmək üçün asanlıqla sadə təlimatlar almaq mümkündür. İstifadəçilər, həmçinin onların məlumatlarına giriş əldə edəcək tətbiq və proqramları, o cümlədən onlardan istifadə qaydalarını təyin edə bilər. İlk dəfə olaraq “Galaxy S21” seriyasında təqdim edilən Knox Vault üstün təhlükəsizlik məqsədilə əlavə qorunma üçün “Galaxy S23” seriyasında kritik məlumatları cihazın qalan hissəsindən, o cümlədən OS-dən təcrid etməklə qoruyur.

Əlaqəli həyat tərzi üçün daha çox azadlıq və çeviklik

“Samsung Galaxy S” seriyasının premium təcrübəsinin əsasını “Samsung Galaxy Ultra”nın güzəştsiz innovasiyası təşkil edir.

“Galaxy S” seriyasının hər bir modelində biri-birinə qoşulmuş təcrübələr əlavə üstünlüklər əldə edir. “Samsung Galaxy PC” və planşet arasında siçan və düymə lövhəsinin funksiyalarını birləşdirən “Samsung Multi Control” indi cihazlar arasında mükəmməl çeviklik üçün “Galaxy S23 Ultra”, “Galaxy S23+” və “Galaxy S23”ə qədər genişlənməkdədir. Üstəlik, təkmilləşdirilmiş mətn istifadəsi URL kimi mətnləri bir cihazdan digərinə köçürməyi, yəni kopyalayıb yerləşdirməni asanlaşdırır. “Galaxy S23 Ultra”da “Google Meet Samsung Notes” ilə birləşdirilib, S Pen isə video zənglər zamanı qarşılıqlı fəaliyyəti daha da rahatlaşdırır. Google Meet-in canlı paylaşım imkanı ilə iştirakçılar paylaşılan ekrana baxmaqdansa, öz Android cihazlarının hər birindən eyni sənədi birgə redaktə edə bilərlər.

Məhsul mövcudluğu

“Galaxy S23” Seriyası təbiətdən ilhamlanmış 4 tutqun rəngdə gəlir: Phantom Qara, Bej, Yaşıl və Bənövşəyi rənglərində.

Fevralın 10-dan etibarən “Galaxy S23 Ultra”, “Galaxy S23+” və “Galaxy S23” pərakəndə satış şirkətlərində geniş şəkildə təqdim olunacaq. “Galaxy S23” Seriyası haqqında ətraflı məlumat üçün lütfən, www.samsung.com/az saytına daxil olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib   YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO