Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASININ ƏMƏK VƏ ƏHALININ SOSIAL MÜDAFIƏSI NAZIRLIYI ILƏ RUSIYA FEDERASIYASININ ƏMƏK VƏ SOSIAL İNKIŞAF NAZIRLIYI ARASINDA ƏMƏK, MƏŞĞULLUQ VƏ ƏHALININ SOSIAL MÜDAFIƏSI SAHƏSINDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZIŞ"IN TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2003-cü il mayın 19-da Moskva şəhərində imzalanmış "Azərbaycan Respubilkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin