Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASININ TORPAQ MƏCƏLLƏSINDƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLIKASININ İNZIBATI XƏTALAR MƏCƏLLƏSINƏ ƏLAVƏ EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N8, I kitab, maddə 584; 2001-ci il, N1, maddə 24, N3, maddə 139, N7, maddə 455, N11, maddələr 680, 698, N12, maddə 731; 2002-ci il, N1, maddə 9, N4, I kitab, maddə 165, N5, maddələr 234, 237, 239, N6, maddə 326, N8, maddə463, N12, maddə 692; 2003-cü il, N1, maddələr 3, 13, 23, N4, maddələr 177, 178, N5, maddə 228, N6, maddə 276; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli, 512-IIQD saylı Qanunu) aşağıdakı məzmunda 88-2-ci maddə əlavə edilsin:

"Maddə 88-2. Xəzər dəizinin (gölünün) Azərbaycanı Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin bağlanılması və dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması

88-2.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə-

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

88-272. Bu Məcəlləsinin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi beş mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 dekabr, 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin