İQTİSADİYYAT
"ASAN könüllüləri" üçün bankçılıq sahəsində təlimlər keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
"Azər Türk Bank" və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "ASAN könüllüləri" üçün bankçılıq sahəsində təşkil olunmuş təlimlərin uğurlu yekunu ilə əlaqədar bankın baş ofisində görüş keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının rəhbəri Azad Cəfərli "Azər Türk Bank"ın "ASAN School" könüllülük proqramının reallaşdırılmasında göstərdiyi təşəbbüsə və bu proqramın "Master 2" pilləsinin uğurla həyata keçirilməsində dəstəyinə görə minnətdarlığını bildirib.
"Azər Türk Bank"ın baş direktoru Rəsul Hüseynov gələcəkdə bu istiqamətdə əməkdaşlığın davam etdiriləciyini, bankın bu xeyirxah missiyaya daim dəstək olmağa hazır olduğunu vurğulayıb.
Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim edilib, "ASAN School" və "Azər Türk Bank"ın əməkdaşlığı ilə "Master 2" proqramının regionlarda da keçirilməsi barədə fikir mübadiləsi aparılıb.