İDMAN


"Admira" - "Kəpəz" qarşılaşması ev sahiblərinin qələbəsi ilə başa çatıb

A+ A

Sankt Pölten, 14 iyul, AZƏRTAC

İyulun 14-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Gəncənin "Kəpəz" klubu səfərdə Avstriyanın Mödlinq şəhərini təmsil edən "Admira Vaker" klubu ilə qarşılaşıb.

Sankt Pölten şəhərində yerləşən "NV Arena" stadionunda keçirilən oyunun ilk hissəsində ev sahibləri hesabda irəli çıxıblar. Hücumçu Dominik Ştarkl 41-ci dəqiqədə başla vurduğu zərbə ilə hesabı açıb.

Şahin Diniyevin yetirmələri oyunun ikinci hissəsində ev sahiblərinin qapısına qol vura bilməyib və hesab dəyişməz qalıb: 1:0.

Oyunu Pavlo Radovanoviçin rəhbərliyi ilə monteneqrolu hakimlər heyəti idarə edib.

"Kəpəz" və "Admira" arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt Pölten

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.