İQTİSADİYYAT


"Alfa Sığorta" İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İcbari Sığorta Bürosuna ünvanladığı 05 sentyabr 2016-cı il tarixli 04/08-66 saylı məktubuna və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 29.1.1, 29.2-ci maddələrinə əsasən, "Alfa Sığorta" Açıq Səhmdar Cəmiyyəti İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarının və "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrlərindən çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan verilən məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.