DÜNYA


"Amazon"Avropada kassaları olmayan innovativ mağazalar açacaq

Bakı, 24 may, AZƏRTAC

"Amazon" şirkəti Avropada kassaları olmayan innovativ mağazalar açacaq.

AZƏRTAC "actualnews.org" saytına istinadla xəbər verir ki, artıq Britaniyanın Əqli Mülkiyyət Məsələləri üzrə Bürosu şəbəkənin sloqanını təsdiqləyib. Mağazaların açılması ilə bağlı rəsmi məlumat hələlik yoxdur. Lakin bildirilir ki, "Amazon" şirkəti Böyük Britaniya ərazisində hərfi mənada "Növbə yox, kassa yox" kimi tərcümə olan "No lines. No checkout" sloqanından istifadə olunması üçün razılıq alıb. Bundan əvvəl bu şüar ABŞ ərazisində kassasız mağazaların açılışında istifadə edilib. Orada ilk belə innovativ satış məntəqələri hələ ötən ilin dekabrında fəaliyyətə başlayıb.

Yeni tip mağazalar "Amazon Go" adlanır. Bu ticarət şəbəkəsinin əsas fərqi xidmət personalının və kassaların olmamasıdır. Ticarət obyektinə girişdə ziyarətçi QR-kodunu skan etməlidir, bu kod alıcıya smartfon üçün olan xüsusi proqram əlavəsi vasitəsilə verilir. Sonra alıcı bəyəndiyi məhsulu seçir və onun xərclədiyi vəsait isə kartından çıxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.