İQTİSADİYYAT


"Amrahbank"da "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində növbəti təlim

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən "Maliyyə savadlılığı" layihəsi üzrə təlimlərə başlanılıb. Maliyyə mövzuları üzrə təlimlər Mərkəzi Bankın təcrübə proqramının iştirakçıları üçün nəzərdə tutulub. Təlimlər ilkin olaraq Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, Əmanətlərin Sığortalanması Fondunda keçirilib.

"Amrahbank"dan AZƏRTAC-a bildiriblər ki, bankda keçirilən təlimdə iştirak edən 30-dək iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini təkmilləşdiriblər. Bankın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, "Amrahbank"da korporativ idarəetmənin təşkili, valyuta rejimi, bank xidmətlərinin növləri, plastik kartlardan istifadə qaydaları və digər aktual mövzular üzrə məlumatlar verilib. Layihə iştirakçıları təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər alıb. Sonra iştirakçılar "Amrahbank"da müştərilərə göstərilən xidmətlərlə tanış olublar.

Təlimlər avqustun 30-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.