Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

"Antikorrupsiya idarəetmə sistemi" standartı Azərbaycanda uğurla tətbiq ediləcək

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə aprelin 27-də Bakıda "Antikorrupsiya idarəetmə sistemi" beynəlxalq standartı üzrə konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov konfransda çıxış edərək, bu gün Azərbaycanın genişmiqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizm, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkan olduğunu qeyd edib. Vurğulayıb ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur.

Prezident İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edildiyini, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirildiyini diqqətə çatdıran Fuad Ələsgərov deyib: “Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətimizin uğurlarındandır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin həyata keçirilməsində və preventiv tədbirlərin icrası üzrə sistemli fəaliyyət göstərirlər. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklərə əsasən, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumat verən şəxslərin dövlət müdafiəsi təmin edilir.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən "ASAN xidmət" modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul olunur. Cənab Prezidentin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan "ASAN xidmət" bir sıra dövlətlər tərəfindən öyrənilir və bəzi ölkələrdə artıq tətbiq edilir. Eyni zamanda, "ASAN xidmət" məhz beynəlxalq standartlaşma təşkilatının keyfiyyətli idarəetmə standartları üzrə beynəlxalq sertifikata layiq görülüb”.

Fuad Ələsgərov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə 2012-2015-ci illəri əhatə edən Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən yüksək səviyyədə icra olunub. Vətəndaş cəmiyyəti institutlarının apardıqları müstəqil monitorinqlərin nəticələri də milli fəaliyyət planının uğurla icrasını bir daha təsdiqləyib.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır. Bu sahədəki müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Belə ki, beynəlxalq şəffaflıq təşkilatının 2016-cı il qlobal korrupsiya barometri ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Hesabatın nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi bəzi Avropa və postsovet ölkələrinin göstəriciləri ilə müqayisədə daha yaxşıdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Belə ki, ölkəmiz BMT, Avropa Şurası, OECD, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu fəaliyyətdə mühüm nailiyyətlər əldə edilib. Ölkəmiz Avropa Şurasının korrupsiyaya qarşı dövlətlər qrupunun GRECO və OECD Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirmə raundunu uğurla keçib.

“Korrupsiyaya qarşı mübarizə və Açıq hökumət prinsiplərinin genişlənməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli Fərmanı ilə hasilat sahəsində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə Hasilat sənayesində şəffaflıq üzrə Komissiya yaradılıb. Hesab edirəm ki, biz bu şəffaflığa sadiq qalacağıq”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

Korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin güclənməsinə xidmət edən bu konfransın antikorrupsiya standartlarının dövlət və özəl qurumlarında tətbiqinin genişlənməsinə ciddi töhfə olacağına əminliyini bildirən Fuad Ələsgərov deyib: “Ümumilikdə korrupsiyaya qarşı mübarizəyə dair qəbul edilmiş fəaliyyət planlarının effektiv icrası, "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı nailiyyətlərimizi şərtləndirən əsas amillərdəndir”.

Sonra çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Bu strategiyanın ayrılmaz hissəsi olan Açıq hökumət prinsipləri, həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə olunmasında açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz Açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini verib və "Açıq Hökumət Tərəfdaşlığı" beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.

Ötən ilin ölkəmiz üçün genişmiqyaslı iqtisadi islahatlar ili olduğunu deyən Ramiz Həsənov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-cı ildə Dünya İqtisadi Forumunun rəqabətqabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə üç pillə irəliləyərək 138 ölkə arasında 37-ci yerə, "Doing Business-2017" hesabatında isə "Biznesə başlama" meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb.

Korrupsiyaya qarşı idarəetmə sistemləri üzrə standart (BS10500:2011) barədə danışan SMPDK sədri bildirib ki, ilk dəfə bu sənəd 2011-ci ildə standartın yaradıcısı Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən qeydiyyata alınıb. Hazırda həmin standartın əsasında Beynəlxalq Standart (İSO 37001) hazırlanıb və 2016-cı ildə beynəlxalq səviyyədə təsdiqlənib. Bu, BSİ, Dünya Bankı və digər iqtisadi institutlar ilə birgə aparılmış araşdırmaların nəticəsidir. Müəyyən olunub ki, dünya üzrə biznes iştirakçılarının 50 faizi öz fəaliyyətini qorumaq və digər məqsədlər üçün 1 trilyon dollara yaxın korrupsiyayönümlü ödəmələr ediblər və bu, iqtisadiyyatın inkişafının ləngiməsinə əhəmiyyətli dərəcədə təsir göstərib.

Ramiz Həsənov standartın əsas məqsədini açıqlayaraq deyib: “Hər bir ölkənin korrupsiya əleyhinə apardığı qanunvericilik siyasəti ilə yanaşı, dövlət və qeyri-dövlət qurumlarının ölçüsü, fəaliyyət sahəsi və inkişaf səviyyəsindən asılı olmayaraq tətbiq ediləcək tədbirlər toplusu və müvafiq təlimatlar vasitəsilə qurumun korrupsiyaya qarşı mübarizə potensialını artırmaqdan, korrupsiya hallarının aşkarlanması, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər planını hazırlamaqdan ibarətdir. Qeyd olunan standartın tətbiqi və bu standart üzrə sertifikatlaşdırılma təşkilatda korrupsiyaya qarşı mübarizə sisteminin təşkili, tətbiqi, daim tənzimlənməsi, vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsini həyata keçirir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur qaydalar sistemi qurulur. Bu da öz növbəsində Korrupsiyaya qarşı İdarəetmə Sisteminin qurulması vasitəsilə təşkilatda antikorrupsiya siyasətinin formalaşmasına, düzgün funksiya, vəzifə və səlahiyyət bölgüsünün aparılmasına zəmin yaradır. Bu standart artıq Oksford Universiteti, London şəhər polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq edilib".

Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında bildirib ki, korrupsiyaya qarşı mübarizə ölkəmizdə aparılan dövlət siyasətinin tərkib hissələrindən biridir. Bu siyasət bir neçə prinsip üzərində qurulub. Həmin prinsiplərin ən vaciblərindən biri səmərəli antikorrupsiya qanunvericiliyi və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsidir. Son zamanlar bu sahədə bir sıra mühüm addımlar atılıb. “Korrupsiyaya qarşı mübarizə siyasətinin ən mühüm fəlsəfəsindən biri də ondan ibarətdir ki, qabaqlayıcı və cinayət təqibi tədbirlərinin birgə vəhdətini bu mübarizənin səmərəsi üçün ən mühüm amillərdən biri kimi görürük. Odur ki, bu prinsipə daim əməl etməyə çalışırıq. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətində həm qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edir, həm də cinayət təqibi tədbirlərini həyata keçirir. Bu uğurlu antikorrupsiya siyasəti nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən-ilə yaxşılaşır. İxtisaslaşdırılmış işçi qrup olan Avropa Şurasının korrupsiyaya qarşı mübarizə dövlətlər qrupu GRECO və iqtisadi inkişafın əməkdaşlıq təşkilatı antikorrupsiya şəbəkəsində Azərbaycan üzrə hər bir qurumda dörd hesabat qəbul edilib. Bütün hesabatlar da digər ölkələrdən fərqli olaraq, ancaq müsbət uyğunluq hesabatları olub. Gələcəkdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində daha uğurlu siyasətin həyata keçirilməsi, vətəndaşların maarifləndirilməsi, müxtəlif dövlət təşkilatlarında və özəl sektorlarda çalışan dövlət qulluqçularının korrupsiyaya qarşı mübarizənin qanunlarının tələblərinə gündəlik fəaliyyətlərində əməl etməsi üçün bu tədbirin əhəmiyyəti böyükdür, - deyə Kamran Əliyev vurğulayıb.

Sonra çıxış edən BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev bildirib ki, Azərbaycan qlobal məkanda beynəlxalq təcrübəni ən yaxşı mənimsəyən ölkələrdəndir. Azərbaycanda Avropanın ən qabaqcıl standartlarının uğurla tətbiq edildiyini deyən qonaq "Antikorrupsiya idarəetmə sistemi" standartının tətbiqi üzrə uğurlar əldə olunacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, 5 ildir fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir: "ASAN xidmət"də "vətəndaş həmişə haqlıdır" prinsipi əsas meyar kimi götürülür və "ASAN xidmət" modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bu model bir neçə ölkədə tətbiq olunmağa başlayıb”. İnam Kərimovun sözlərinə görə, antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standartların rəhbərlik etdiyi qurumda tətbiqi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq ediləcək.

Beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin uğurla həyata keçirildiyindən xəbərdar olduğunu deyib. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartın tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyən standartın müəllifi tədbirin konfrans iştirakçıları üçün uğurlu olacağına əminliyini ifadə edib.

Sonra Maykl Heniqan konfransda iştirak edən dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə "Antikorrupsiya idarəetmə sistemi" beynəlxalq standartının (İSO 37001 "Anti-bribery Management Sistems") tələbləri barədə faydalı məlumatları bölüşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb