CƏMİYYƏT


"Arzulara yaxın ol" müsabiqəsinə selfi qəbulu oktyabrın 12-də dayandırılacaq

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

"Bank BTB" ASC-nin təşkil etdiyi "Arzulara yaxın ol" adlı müsabiqənin şərtlərinə uyğun olaraq, oktyabrın 12-də selfilərin yüklənməsi dayandırılacaq.

Bankdan AZƏRTAC-a bildiriblər ki, selfilərə oktyabrın 19-dək "like" qəbul ediləcək və ən çox "like" toplamış üç iştirakçı qalib elan olunacaq. Müsabiqənin hədiyyə fondu I yer üçün 1500 manat, II yer üçün 1000 manat və III yer üçün isə 500 manatdır. Keyfiyyətsiz, şərtlərə və etik qaydalara, mövzuya uyğun olmayan selfilər müsabiqəyə buraxılmayacaq. Həmçinin süni "like" toplamış iştirakçıların da müsabiqədə iştirakı məhdudlaşacaq.

Müsabiqə barədə ətraflı məlumatı (012) 946 nömrəli telefondan, www.btb.az saytından və ya www.facebook.com/bankbtb facebook səhifəsindən almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.