İQTİSADİYYAT


"AtaBank" ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırıb

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

"AtaBank" ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "AtaBank" müştərilərə yenilənmiş şərtlərlə manat əmanət məhsullarını təklif edir. Dəyişikliklər 1 aydan 5 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur. Hazırda milli valyuta üzrə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq ödənildiyi təqdirdə illik 14 faiz təşkil edir. Faiz gəlirləri müddətin sonunda ödənildiyi halda faiz dərəcəsi illik 15 faiz olacaq.

Hazırda "AtaBank"da "Universal", "Yığım" və "VİP" manat əmanət növləri mövcuddur. Əmanətçilərə əmanət faizlərini aylıq, rüblük və müddətin sonunda əldə etmək imkanı verilir.

Eyni zamanda, müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün pulsuz "Visa Electron" və ya "Mastercard Maestro" kartı təqdim olunur. Depozit hesabının bankın istənilən filial və şöbəsində pulsuz açdırmaq imkanı ilə yanaşı müştərilər faiz dərəcələrinin artırılması ilə daha çox gəlir əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.