İQTİSADİYYAT


"AtaBank" Visa International" beynəlxalq ödəniş sisteminin sertifikatına layiq görülüb

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

"AtaBank" ASC-nin Visa ilə birgə "Arzularınızın səyahətini qazanın!" şüarı altında keçirdiyi stimullaşdırcı lotereyanın qaliblərinə hədiyyələr təqdim edilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "AtaBank"ın bir müştərisi 6350 manat məbləğində səyahət paketi, 8 müştərisi isə "SabinaPerfumery & Cosmetics" mağaza şəbəkəsindən hər biri 50 manat olan kupon əldə ediblər.

"Arzularınızın səyahətini qazanın!" kampaniyasının nəticələrinə əsasən, "AtaBank" ASC fəal iştirakına görə "Visa International" beynəlxalq ödəniş sistemi tərəfindən xüsusi sertifikata layiq görülüb.

Qeyd edək ki, 2004-cü ildən "AtaBank" Visa International Beynəlxalq ödəniş sisteminin üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.