İQTİSADİYYAT


"AtaBank" "XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı"nın sponsoru olub

Bakı, 23 may, AZƏRTAC

"AtaBank" ASC Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı"nın sponsoru olub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, “İqtisadiyyat və Menecment” jurnalı olub.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla bir çox ölkənin elm adamları iştirak ediblər.

""XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı" ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasıdır. "AtaBank" Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Müasir dövrdə ixtisaslı mütəxəssislər olmadan davamlı iqtisadi inkişafdan, yenilikdən söhbət gedə bilməz. Bankımızın korporativ sosial məsuliyyət siyasətinə elmin də dəstəklənməsi daxildir. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasına sponsor olmağımız bu siyasətimiz çərçivəsində təmin edilib",- deyə "AtaBank" ASC-nin kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib.

Sonda "AtaBank" ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.