İQTİSADİYYAT
"AtaBank" bayram günləri müştərilərə xidmət göstərəcək
Bakı, 16 mart, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında "AtaBank"ın 3 filialı martın 21-24-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Bakı" filialı - Bakı şəhəri, Neftçilər prospekti, 67; 09:00 – 18:00–dək (fasiləsiz), "Elmlər şöbəsi" - Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 558-ci məhəllə; 09:00 – 18:00–dək (fasiləsiz), "Yeni Həyat" filialı - Bakı şəhəri, Zərifə Əliyeva prospekti, 55; 09:00 – 18:00–dək (fasiləsiz) işləyəcək.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Hazırda "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.