CƏMİYYƏT


"AtaBank" uşaq evinin balaca sakinlərini sevindirib

Bakı, 29 iyun, AZƏRTAC

"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2017-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını həyata keçirib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "AtaBank" Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq internat-evinin balaca sakinləri üçün Ramazan bayramı günlərində əyləncəli viktorina və şən müsabiqəli bayram tədbiri təşkil edib. Xeyriyyə tədbirinə müğənnilər, sehrbazlar, animatorlar və məzəli klounlar dəvət olunub.

Bank heyəti uşaq evinin balaca sakinləri ilə birlikdə xoş və əyləncəli şəkildə müqəddəs Ramazan bayramını qeyd edib.

Bayram şənliyi ilə əlaqədar "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov bildirib ki, bu cür tədbirlər dövlətimizin sosial siyasətinə uyğun olaraq Korporativ Sosial Məsuliyyət xarakteri daşıyır və cəmiyyətimizin valideyn himayəsindən məhrum olan uşaqlarına mənəvi dəstək, onlardan diqqət və qayğını əsirgəməmək məqsədilə təşkil edilir. Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır.

Bayram şənliyində uşaqlarla birlikdə fəal iştirak edən bankın kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov isə qeyd edib ki, daim sosial məsuliyyətə önəm verən "AtaBank" ASC tərəfindən bu cür tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək.

Bayram tədbirinin sonunda uşaqlarla bank əməkdaşlarının birgə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı, universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə geniş çeşidli bank xidmətləri təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.