İQTİSADİYYAT


"AtaBank"a "MasterCard" beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

Bakı, 25 may, AZƏRTAC

"MasterCard" beynəlxalq ödəniş sisteminin təşkilatçılığı ilə keçirilən konfransda "AtaBank" ASC 2017-ci ilin nəticələrinə görə "Təmassız POS-terminal sayı ən yüksək olan bank" nominasiyasında qalib gələrək xüsusi diplomla təltif edilib.

"AtaBank"ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "MasterCard" beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri bankın bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu edib.

"AtaBank" ASC əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir.

Qeyd edək ki, hazırda "AtaBank" ASC-nin POS-terminallarının sayı 18 mindən artıqdır. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.