İQTİSADİYYAT
"AtaBank"dan "Visa Gold" və "Visa Platinum" kart sahibləri üçün stimullaşdırıcı lotereya
Bakı, 31 may, AZƏRTAC
"AtaBank" "Visa Gold" və "Visa Platinum" kart sahibləri üçün "Arzularınızın səyahətini qazanın" adlı stimullaşdırıcı lotereya keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, iyulun 31-dək davam edəcək lotereya "AtaBank" ASC-nin müştərilərinə dəyərli hədiyyələr qazandıracaq. Lotereyaya qoşulmaq istəyənlər "Visa Gold" və ya "Visa Platinum" ödəniş kartları ilə Azərbaycan ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin internet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 manat məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla lotereyanın iştirakçısına çevrilir. Müştəri POS-terminal vasitəsilə etdiyi ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd edir.
Lotereyada hər biri 6350 manat həcmində 6 səyahət paketindən başqa, "Sabina Perfumery&Cosmetics" mağazasından hər biri 50 manat olan 120 kupon oynanılacaq.
Lotereyanın şərtləri haqqında ətraflı məlumatı https://www.visa- promotions.com/promotions/premiumaz/register.jsp saytından əldə etmək olar.