İQTİSADİYYAT
"AtaBank"ın "KartoManiya" kampaniyasında 500 manatlıq uduş qazanılıb
Bakı, 3 iyul, AZƏRTAC
"AtaBank" ASC-nin bu ilin martından start verdiyi "KartoManiya" ani stimullaşdırıcı lotereya kampaniyasında 500 manatlıq uduş qazanılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniyada iştirak edən müştəri Kamran Allahverdiyev apardığı nağdsız əməliyyat vasitəsilə aldığı 92 lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş qazandırıb. Bundan başqa, bankın “Bakıxanov”, “Gənclik”, “Nizami”, “Gəncə”, “Lənkəran”, “Şəmkir”, “Xaçmaz” və “Monolit” filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar.
Keçən ildən fərqli olaraq “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə əvvəl olduğu kimi bu il də 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edilər.