MƏDƏNİYYƏT


"AtaHoldinq" Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə "Musiqi bayramı" keçiriləcək

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Noyabrın 11-də "Excelsior Hotel & Spa Baku" otelində "AtaHoldinq" Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə "Musiqi bayramı" keçiriləcək.

"AtaHolding" ASC-dən AZƏRTAC-a bildiriblər ki, "Excelsior Hotel & Spa Baku" otelinin HR meneceri Kamran Rzayev və təcrübə keçən Rəşid Əliyevin ifasında Azərbaycan və xarici ölkələrin müğənnilərinin repertuarlarından mahnılar səslənəcək. Qonaqlar "Saçlarına gül düzüm", "My Vey", "Shape of My Heart", "Sinyaya veçnost", "Qorod moy Baku", "Tam net menya", "Kak molodı mı bıli" və bir çox mahnıları dinləyəcəklər.

Bundan başqa, SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin və dünya şöhrətli rok-n-roll kralı Elvis Preslinin həyat və yaradıcılığı haqqında filmlər nümayiş olunacaq.

"AtaHoldinq" Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, daxili kommunikasiyalar planına əsasən, il ərzində müxtəlif maraqlı tədbirlər keçirilir və cari ilin sonunadək daha bir neçə tədbir planlaşdırılır. Bu cür tədbirlər nəinki komanda hissini qoruyub saxlamağa və möhkəmlətməyə, həm də əməkdaşların müxtəlif istedadlarını aşkar etməyə, onların müxtəlif qabiliyyətlərini də üzə çıxarmağa kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.