İQTİSADİYYAT


"AtaSığorta" avqustda 290 min 886 manat sığorta ödənişi həyata keçirib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Avqust ayında "AtaSığorta" ASC 766 hadisə üzrə 290 min 886 manat sığorta ödənişi həyata keçirib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu, hər gün orta hesabla 25 sığorta ödənişinin həyata keçirilməsi deməkdir. Bu məbləğ, əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

"AtaSığorta" ASC ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün səylərini davam etdirir.

Qeyd edək ki, "AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və ofis daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.