CƏMİYYƏT


"AzerGold"un əməkdaşları talassemiyadan əziyyət çəkənlər üçün qan veriblər

Bakı, 25 may, AZƏRTAC

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən şəxslər üçün qan veriblər.

QSC-dən AZƏRTAC-a bildiriblər ki, şirkətin baş ofisində "Talassemiyasız həyat naminə" proqramına dəstək üçün aksiya keçirilib. On ildir ki, həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə şəxs qan verərək irsi keçən qan azlığından əziyyət çəkənlərə kömək olur, onların ömrünü uzadır. Azərbaycan Talassemiya Federasiyasının təbliğ etdiyi korporativ donorluq ideyalarına hər il onlarla qurum, şirkət, təşkilat və s. qoşularaq kütləvi aksiyalar təşkil edir.

"AzerGold" QSC də korporativ donorluq təşəbbüsü irəli sürərək "Talassemiyasız həyat naminə" proqramına qoşulub. Cəmiyyətin könüllüləri şirkətin inzibati binasında qan verərək qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün tədarük olunan qan ehtiyatının artırılmasına dəstək olublar.

Qeyd edək ki, "AzerGold" QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.