İQTİSADİYYAT


"Azər Türk Bank"ın "Bakı" filialı gücləndirilmiş iş rejimində çalışacaq

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

"Azər Türk Bank"ın "Bakı" filialı Qurban bayramı ilə əlaqədar sentyabrın 12-13-də vətəndaşların xidmətində olacaq.

Bankdan AZƏRTAC-a bildiriblər ki, qeyri-iş günlərində "Azər Türk Bank"ın Bakı şəhəri, 28 May küçəsi ev 64/75 ünvanında yerləşən "Bakı" filialı gücləndirilmiş iş rejimində çalışacaq. Müştərilər qeyd olunan tarixlərdə hər gün səhər saat 10.00-dan saat 15.00-dək filiala müraciət edərək valyutadəyişmə əməliyyatı həyata keçirə bilərlər.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.