İQTİSADİYYAT


"Azər Türk Bank"ın "Səyahət həyəcanı" kampaniyasının qalibləri müəyyənləşib

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

"Azər Türk Bank"ın "Səyahət həyəcanı" kampaniyasının qalibləri müəyyənləşib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin nəticələrinə görə, "Azər Türk Bank"ın ödəniş kartları vasitəsilə ən çox sayda əməliyyat aparmış müştərilər arasından Namiq Hüseynov, Leyla Hüseynova və Şaiq Əliyev qalib olaraq Bodruma bir həftəlik istirahət imkanı qazanıblar. Qaliblərin seçilməsi zamanı ödəniş kartları ilə edilmiş əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınıb.

Qaliblərin istirahəti üçün nəzərdə tutulan şəhərin seçimi isə bankın sosial şəbəkələrdəki korporativ səhifələrində təşkil olunmuş səsvermə yolu ilə müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.