İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı" Novruz bayramı münasibətilə iki güzəştli kampaniyaya start verib
Bakı, 14 mart, AZƏRTAC
"Azərbaycan Beynəlxalq Bankı" Novruz bayramı münasibətilə martın 13-dən 31-dək iki güzəştli kampaniyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində bankda manat depoziti yerləşdirən müştərilərin illik depozit faizlərinə 1 faiz əlavə olunacaq. "Azərbaycan Beynəlxalq Bankı"nda depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.
Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə "VISA" və "MasterCard Gold" və "Platinum" kartlarını 50 faiz endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində "Gold" kartlarını cəmi 15, "Platinum" kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün "MobilBank" və "İnternetBank" tam pulsuzdur. Kampaniyalar barədə ətraflı: https://www.ibar.az/individual/novruz-qazanciniz-bol-olsun/.
Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik olan bankın səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.