İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı" "VISA" kartları ilə ödənişlərin həcminə görə liderdir

Bakı, 27 iyul, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" bu ilin ilk rübündə "VISA" ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə bank "VISA International" şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, "VISA"nın tərəfdaşlarının iştirakı ilə keçirilən görüş-seminarda mükafat "Azərbaycan Beynəlxalq Bankı"na təqdim olunub.

Xatırladaq ki, "Azərbaycan Beynəlxalq Bankı" nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəmizə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində "Azərbaycan Beynəlxalq Bankı"nın 11 650 POS-terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə "Azərbaycan Beynəlxalq Bankı" ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. "VISA PayWave" və "Mastercard PayPass" ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz "Azərbaycan Beynəlxalq Bankı" tətbiq etməyə başlayıb.

Eyni zamanda, "VISA International" şirkəti ilə müştərək şəkildə müştərilər üçün "Sıfır məsuliyyət" (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur.

"Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.