İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı" biznes proseslərini optimallaşdırır
Bakı, 11 iyun, AZƏRTAC
Filial şəbəkəsində biznes proseslərinin optimallaşdırılması layihəsinə start verən "Azərbaycan Beynəlxalq Bankı" bu layihəni "Business Process Management" (BPM) texniki platformasının bazasında həyata keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda həmin platforma bankın Bakı şəhərindəki filiallarında tətbiq olunur. İlin sonunadək bankın bütün xidmət şəbəkəsinin bu sistemə keçidi planlaşdırılır.
Xatırladaq ki, adıçəkilən texniki məhsuldan dünyanın bir sıra aparıcı banklarının fəaliyyətində istifadə olunub və yüksək səmərə əldə edilib. Bu məhsulun "Azərbaycan Beynəlxalq Bankı"nda tətbiqi biznes proseslərinin avtomatlaşdırılmasına, effektivliliyin artırılmasına, müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcək. Biznes proseslərinin optimallaşdırılması "Azərbaycan Beynəlxalq Bankı"nın yerinə yetirdiyi strateji layihələrdən biridir.
Hazırda 36 filiala və 40 şöbəyə malik olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.