İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı"ndan depozit seyfləri üzrə "1+1" kampaniyası

Bakı, 5 iyul, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) müştəriləri yay istirahətinə gedərkən evdəki pulları, qiymətli əşyaları, mühüm sənədləri harada saxlamaq qayğısından azad edir.

ABB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bankın yeni "1+1" kampaniyasından faydalanacaq müştərilər tətil vaxtı bütün bunları "Azərbaycan Beynəlxalq Bankı"na rahatlıqla etibar edə biləcəklər. Kampaniya dövründə bankdan 1 ay müddətinə depozit seyfi icarəyə götürən hər bir müştəriyə seyfin növbəti bir aylıq icarəsi hədiyyə ediləcək. Kampaniya iyulun 5-dən avqustun 4-dək keçərlidir.

Müxtəlif ölçülü depozit seyflərini bankın baş ofisindən, eləcə də Bakı və Gəncədəki filiallarından icarəyə götürmək olar. Bu seyflər ən etibarlı mühafizə sisteminə malikdir.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ölkəmizdə avtomatlaşdırılmış depozit seyfləri sistemini tətbiq edən ilk bankdır. Seyflərin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 manatdan başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir. Ətraflı: https://www.ibar.az/az/service-network/deposit-box/

ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.