İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı"ndan hərbçi və dənizçilərə komissiyasız, zaminsiz, endirimli nağd pul krediti
Bakı, 20 iyun, AZƏRTAC
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) 25 iyun - Dənizçilər Günü və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə özəl kampaniyaya start verir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ABB-nin maaş kartına sahib hərbçi və dənizçilər kampaniyadan faydalanaraq nağd pul kreditini bu bankdan 2 faiz endirimlə əldə edə bilərlər. Kampaniya iyunun 21-dən iyulun 5-dək qüvvədədir.
Kampaniyanın özəllikləri: kreditin məbləği - 15.000 manatadək, kreditin müddəti - 36 ayadək, illik faiz dərəcəsi – 2 faiz endirimlə, 3000 manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti "Azərbaycan Beynəlxalq Bankı"nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Ölkəmizin müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.